AZ

Bloomberg Economics: Trampın tarifləri qlobal iqtisadiyyata $2 trilyon zərər verəcək

“Bloomberg Economics” hesab edir ki, 2027-ci ilə qədər ABŞ prezidenti Donald Trampın tarifləri səbəbindən qlobal iqtisadiyyat 2 trilyon dollar itirə bilər. Lakin uzunmüddətli perspektivdə zərərin bir hissəsi istehsal zəncirlərinin yenidən qurulması ilə kompensasiya ediləcək.

“Bloomberg” yazır ki, ABŞ-də tariflərin səviyyəsi hazırda 1930-cu illərdən bəri ən yüksəkdir və Trampın prezidentlik müddətinin əvvəlindəki səviyyədən demək olar ki, altı dəfə çoxdur. Agentliyin iqtisadçıları ABŞ-nin orta tarifini keçən ilki 2.5%-ə qarşı 13.5% səviyyəsində qiymətləndirirlər. Aİ ilə tarif sazişi bağlandıqdan sonra bu rəqəm 16%-ə yüksələcək.

Bəzi ölkələr və birliklər tarif sövdələşmələrinə nail ola biliblər. Elə bir gün əvvəl, iyulun 27-də Aİ ilə razılaşma elan olundu. Avropa məhsulları üçün 30% əvəzinə 15% baza tarifi təyin edildi.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen 15% dərəcəsini əldə edilə biləcək “ən yaxşı” variant adlandırıb. Amma eyni zamanda Avropa hesab edir ki, bu rüsumun belə iqtisadiyyata böyük zərər verəcək. Almaniyanın Kiel İnstitutunun iqtisadçıları sövdələşməyə görə ölkədə hasilatın azalmasının 15%-ə çata biləcəyini hesablayıblar. Alimlər qeyd ediblər ki, bütövlükdə Avropa İttifaqında bu rəqəm 11%-ə çata bilər.

Seçilən
46
banker.az

1Mənbələr