AZ

"Sabah"ın rəqibi Bakıya qalib gəlir

UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”ın rəqibi olan “Petrokub” növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən komanda Moldova Superliqasında 6-cı tur çərçivəsində “Daçia-2” ilə qarşılaşıb. 

"Petrokub" doğma azarkeşləri önündə rəqibini 2:1 hesabı ilə yenib. “Petrokub”un heyətində Petru Popesku dubl etməklə komandasına təkbaşına qələbə qazandırıb. 

Beləliklə, 5 oyunda 11 xal toplayan “Petrokub” lider “Şerif”dən (6 oyun) 2 xal geri qalmaqla 3-cü yeri tutur.

Xatırladaq ki, “Sabah” Kişinyovda keçirilmiş ilk matçda 2:0 hesabı ilə qələbə qazanıb. Bu komandaların cavab qarşılaşması iyulun 31-i Bakıda keçiriləcək.

Seçilən
21
fanat.az

1Mənbələr