AZ

Joze Mourinyo: “Məfkurənlə ölürsənsə, onda sən axmaqsan”

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo məşqçilərin müasir futbol gerçəklərinə uyğunlaşmalı olduqları qənaətindədir.

Arena.az “Canal 11” televiziyasına istinadən, 62 yaşlı portuqal mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Hazırda universal oyun modeli anlayışı yoxdur, oynamağın müxtəlif üsulları var. Vahid taktiki sistem olaraq müəyyən bir xüsus artıq yoxdur, hücum etməyin və müdafiə olunmağın xeyli üsulu var. Bu, o deməkdir ki, məşqlərdə əsas vurğu taktikaya edilir, orada ki futbolçular tərəqqi etməli və oyun haqda yenilikləri öyrənib əxz etməlidirlər.

Fəsad, gərəkli şərtlər olmadan, mənimsəmək və özlüyündə tətbiq etmək istəyindən ibarətdir. Əgər texnikalı qapıçınız yoxdursa, müdafiədən ötürmə ilə çıxmaq heç də asan deyil. Xatırlayıram ki, vaxilə Xosep Qvardiolanın ixtiyarında Co Hart vardı – ən yaxşı ingilis qapıçı. Ancaq ona Klaudio Bravo gərək oldu, bu da kifayət etmədi, ona görə də o, Edersonu əldə etdi.

Elə məşqçilər var ki, hansısa yeniliyi sınaqdan keçirmək istəyirlər və müvəffəqiyyətsizliyə düçar olurlar, ancaq eyni zamanda deyirlər: “Mən öldüm, ancaq məfkurəmə sadiq qaldım”. Əgər sən öz məfkurənlə ölürsənsə, onda sən axmaqsan. Məşqçilər öz fikirlərini cari şərtlərə uyğunlaşdırmalıdırlar”, deyə “Mour” vurğulayb.

Xatırladaq ki, Joze Mourinyo 2024-cü ilin iyul ayında “Fənərbaxça”nın sükanı arxasına keçib. Portuqal mütəxəssis İstanbul klubu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Joze Mourinyo karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted”, “Tottenhem” və “Roma”nı çalışdırıb. Mourinyo sükanı arxasında olduğu komandalarla həmişə uğura nail olmağı bacarıb. Portuqal mütəxəssisin çalışdırdığı kollektivləri səciyyələndirən cəhət, hətta qənimət qazanmasalar belə, oyun keyfiyyəti baxımından tərəqqiyə nail olmaqları olub ki, bu da Joze Mourinyonun futbol dünyasının ən nüfuzlu mütəxəssislərindən biri olaraq qəbul edilməsini şərtləndirir.

Seçilən
16
arena.az

1Mənbələr