Gəncədə acınacaqlı mənzərə: Giriş yolları səliqəli, arxası isə baxımsızlıq içində
Ajans.az-a daxil olan şikayətə əsasən şəhərin küçələri bərbad vəziyyətdədir. Şəhərin ilk giriş küçələri təmirlidir. Şəhərin ara küçələrində yollar istifadəyə yararsız vəziyyətdədir. Həmçinin ağaclar susuzluqdan quruyub. Gəncənin giriş hissəsində çox sayda qurumuş ağaclar var. Bəziləri artıq quruyub, bəziləri isə qurumaq üzrədir. Şəhərin Sevinc qəsəbəsində yollar baxımsız vəziyyətdədir. Xarırladaq ki, Gəncədə dövlət tenderlərinin qalibi olan şirkətin İcra hakimiyyəti rəhbərliyinə yaxın olması barədə mediada dəfələrlə xəbərlər yayımlanıb.