ŞƏMKİR, 28 iyul. TELEQRAF
Şəmkirdə qohumlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, Şəmkir şəhər sakini 1972-ci il təvəllüdlü FidayılMirzəməmmədov münaqişə zəminində qardaşı oğlu, 1985-ci il təvəllüdlü Vüsal Mirzəməmmədova bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya çatdırılıblar, onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma başlanılıb.