AZ

Övlad sahibi olacaq şəxslərin NƏZƏRİNƏ: Əgər xəstəxanada sizdən... / VİDEO 

Uşaq dünyaya gələn andan xəstəxanalarda müxtəlif analizlərin götürülməli olduğu bildirilir. Üstəlik, bəzi hallarda bunun üçün əlavə ödəniş də tələb edilir. Söhbət yeni doğulan körpələr üçün aparılan eşitmə testi, daban testi və daxili orqanların müayinələrindən gedir. 


Referans xəbər verir ki, bəzi özəl klinikalar bu cür yoxlamaların ümumi doğum paketinə daxil olduğunu bildirsələr də, bir sıra hallarda valideynlərdən 150-400 manat arası ödəniş də tələb olunur. 


Tibbi məsələlər üzrə ekspert Rasif Bağırov deyir ki, hazırda müasir tibbi imkanlar sayəsində uşaq həm doğulmazdan əvvəl, həm də doğulduğu ilk dəqiqələrdə müxtəlif analizlər götürmək mümkündür. Bu yolla sonradan yarana biləcək xəstəlik risklərini əvvəlcədən müəyyən etmək və vaxtında müdaxilə etmək imkanı əldə olunur. Ekspertin fikrincə, həmin analizlər üçün pasiyentdən əlavə ödəniş tələb edilməsi isə doğru deyil. 


Daha ətraflı süjetdə:



Seçilən
11
referans.az

1Mənbələr