Ukraynanın Təhlükəsizlik Xidməti ölkə ərazisində belarusəsilli casusu həbs edib.
APA-nın xəbərinə görə, müvafiq məlumat xidmətin "Telegram" kanalında yayılıb.
İlkin araşdırma ilə onun qarşısında Ukrayna ərazisindəki blokpostların yerləşdiyi mövqelər, habelə hərbi avtomobil karvanlarının hərəkəti ilə bağlı məlumatların Belarusun xüsusi xidmət orqanına ötürülməsi tapşırığı qoyulduğu müəyyən edilib.
Adı açıqlanmayan bu şəxs dövlətin şimal sərhədləri barədə informasiyanı da öyrənməli olub.
Təqsiri sübuta yetirilsə, onu ömürlük həbs cəzası gözləyir.