Vaşinqton Avropada yerləşən qoşunlarının 30%-ni dislokasiya edə bilər.
Herbiand.az bilirir ki, bu barədə “Politico” yazıb.
Qəzetin NATO-dakı mənbəsi Amerika kontingentinin Avropada əhəmiyyətli dərəcədə yenidən qruplaşdırılmasının mümkünlüyü barədə məlumat verib. ABŞ-ın köhnə dünyadakı hərbçilərinin sayı ilə bağlı yekun qərar qlobal qüvvələr balansının nəzərdən keçirilməsinin nəticələrinə əsasən veriləcək. Pentaqonun yekun hesabatı sentyabrda dərc edəcəyi gözlənilir.
Nəşrdə qeyd edilib ki, hazırda Amerika qoşunlarının Avropadakı sayı 90 mindən 100 min nəfərə qədərdir. ABŞ-ın Avropa hərbi kontingentinin planlaşdırılan ixtisarı Hind-Sakit okean regionunda gərginliyin artması, həmçinin Vaşinqtonun xaricdə mövcudluğu ilə bağlı xərclərini azaltmaq niyyəti ilə əlaqələndirilə bilər.
ABŞ bütün dünyanı əhatə edən 1000 hərbi baza şəbəkəsinə malikdir. Ən azı 170 min Amerika əsgəri 80-dən çox ölkədə yerləşir. Ən çox ABŞ ordusu Yaponiya, Almaniya və Cənubi Koreyada yerləşdirilib.
Bəxtiyar CƏFƏRLİ