AZ

"AzSığorta" ilk 6 ayda zərərliliyi artan sığorta şirkətləri siyahısındadır

“AzSığorta” ASC-nin yanvar-iyun ayları üzrə yığımlarında azalma müşahidə olunub. 

Valyuta.az xəbər verir ki, bu ilin ilk 6 ayında “AzSığorta” ASC 4 milyon 651 min manat sığorta haqqı toplaya bilib. 

Ötən ilin eyni dövründə isə sözügedən şirkətin topladığı sığorta haqqı 5 milyon 226 min manat təşkil edib. 

Hesablamalara əsasən demək olar ki, bu sığorta şirkətinin sığorta haqqı 575 min manat və ya 11% azalıb. 

Sığorta şirkətinin ödənişlərində isə artım baş verib. Belə ki, bu ilin ilk 6 ayında “AzSığorta” ASC 1 milyon 61 min manat sığorta ödənişi həyata keçirib. Ötən ilin eyni dövründə isə bu rəqəm 872 min manat olub. 

Beləliklə, şirkətin sığorta ödənişləri 189 min manat və ya 21,67% artıb. 

Yığımların azalması fonunda ödənişlərin artması sığorta şirkətinin zərərliliyinə, yəni ödəniş-yığım nisbətinə mənfi təsir edib.

Şirkət bu ilin yanvar-iyun aylarında topladığı hər 100 manatdan 22,81 min manatını sığorta ödənişi üçün ayırıb. Ötən ilin eyni dövründə isə bu rəqəm 16,68 manat idi.

Sərvanə Rəmixanova

Seçilən
15
valyuta.az

1Mənbələr