AZ

“Bavariya”nın tarixinə düşəcək transfer

“Bavariya” “Liverpul”dan Luis Diası transfer etməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Münhen təmsilçisi kolumbiyalı vinger üçün “Liverpul”la bonuslarla birlikdə 75 milyon avro qarşılığında anlaşıb. Dias ilə isə 4 illik müqavilə imzalanacaq.

Kolumbiya millisinin üzvü olan Luis “Bavariya” tarixinin 3-cü ən bahalı transferi olacaq. Birinci sırada 95 milyon avroya “Tottenhem”dən transfer edilən Harri Keyn, ikincidə isə 2019-cu ildə 80 milyon avroya “Atletiko”dan heyətə cəlb edilən Lukas Hernandes yer alır. Fransalı 2023-cü ildə isə 45 milyon avroya PSJ-yə keçib.

Seçilən
34
1
futbolpress.az

2Mənbələr