Azərbaycan yığmasının dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransanı qəbul edəcəyi stadionlar məlum olub.

Offsideplus.az xəbər verir ki, İslandiya ilə oyun noyabrın 13-də "Neftçi Arena"da, 3 gün sonra oynanılacaq Fransa ilə matç isə Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq.

Hər iki görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.