AZ

Putinin gizli keçmişi üzə çıxdı - Kreml rəhbəri filmlərdə kaskadyor olub

Rusiya Prezidenti Vladimir Putin 1970-ci illərdə kaskadyor kimi filmlərdə çəkilib. 

Missiya.Az xəbər verir ki, bu barədə "Vedomosti" nəşri yazı dərc edib.

Bildirilib ki, bu, Sankt-Peterburq Dövlət Dəniz Texniki Universitetinin döyüş sənəti mərkəzində nümayiş etdirilən fotolardan birinin başlığıdır.

Məlumata görə, Rusiya Prezidentinin iyulun 27-də ziyarət etdiyi mərkəzdə Putinin cüdo üzrə məşqi, onun məşqçisi Anatoli Raxlin və digər döyüş sənəti ustalarının fotoları yerləşdirilib.

"Mən o vaxt işlədiyim insanlarla dost olmağa davam edirəm", - deyə Putin vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
14
1
missiya.az

3Mənbələr