"Sumqayıt"ın sabiq futbolçusu Alan Dias karyerasını Qazaxıstanda davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı braziliyalı müdafiəçi "Ordabaşı" klubu ilə rəsmi müqavilə imzalayıb. Bu barədə Qazaxıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Alan Dias 2024-cü ilin yayında "Sumqayıt" klubuna transfer olunmuş və komandanın müdafiə xəttində çıxış etmişdi.