AZ

DÜNYADA SAVAŞAN KİMLƏRDİR: NƏHƏNGLƏR, YOXSA SİLAH ALVERÇİLƏRİ?!

Müşahidələr göstərir ki, yaşadığımız dünyanın bir çox regionu alovun içindədir…

 

Son günlər mediada yayılan xəbərlərdən məlum olur ki, indi də Cənub-Şərqi Asiyada yeni qarşıdurma yaranıb. Tailandla Kamboca arasında hərbi toqquşmalar başlayıb. Bu, zahirən iki ölkə arasında lokal gərginlik təsiri bağışlayır.

Lakin  beynəlxalq müstəvidə baş verən proseslərə diqqətlə  baxdıqda bu qarşıdurmanın   arxasında da dolayı yolla  böyük güclərin  dayandığı hiss olunur.

Müşahidələr göstərir ki ;  Ukrayna–Rusiya, İsrail–İran, Sudan, Yəmən, Əfqanıstan və digər regionlardakı silahlı qarşıdurmalarda  da  savaşan tərəflərə   dolayısı ilə  gözəgörünməz böyük güclərin  geosiyasi ; yaxud silah alveçilərinin iqtisadi maraqları  dayanır.

Açıq şəkildə demək mümkün olmasa da, bəzi beynəlxalq analitik mərkəzlərin və müstəqil ekspertlərin fikirlərinə əsaslanaraq belə bir ehtimal irəli sürülə bilər ki, dünya siyasətinin aparıcı aktorları – xüsusilə qlobal güc mərkəzləri – öz maraqlarını qorumaq və ya genişləndirmək üçün,  lokal münaqişələrə pərdəarxasından   təsirlər göstərirlər. Bu cür qarşıdurmalar fonunda qlobal silah sənayesinin aktivləşməsi və silah satışı statistikasının artması da diqqət çəkən reallıqlardandır.

Müşahidələr  göstərir ki, müasir dövrün müharibələri çox vaxt  görünən səbəblərlə deyil, pərdəarxası planlarla hərəkətə gətirilir.

Düşünürük ki , əgər belə  proseslər davamı olarsa  bu, yalnız bir neçə ölkənin deyil ; bütün insanlığın təhlükəsizliyinə ciddi təhdid yarada bilər. Dinc əhalinin qurban getməsi, iqtisadi-sosial böhranlar və miqrasiya dalğaları qlobal sabitliyi sarsıda bilər.

Hesab edirik ki , bütün bu ehtimallar və müşahidələr fonunda dünya ictimaiyyəti sülhü təşviq edən mexanizmləri yenidən nəzərdən keçirməlidir.

BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Afrika Birliyi və digər beynəlxalq qurumlar lokal münaqişələrin qlobal müharibəyə çevrilməsinin qarşısını almaq üçün real diplomatik platformalar yaratmalıdır.

Bu gün savaş meydanlarında görünən dövlətlərdən çox, onların arxasında dayandığı iddia olunan güclər və qurumlar  ciddi təhlil olunmalıdır.

Əgər beynəlxalq təşkilatlar və dünya ictimayyəti vaxtında tədbir görməzsə – sabah bu ehtimallar insanların kütləvi məhvinə səbəb olan  gerçəyə çevrilə bilər...

Qəvami SADIQBƏYLİ

Seçilən
24
1
hurriyyet.az

2Mənbələr