AZ

Bu böyük texnologiya şirkətinin baş direktoru ilk dəfə milyarder oldu

"Google"un baş icraçı direktoru Sundar Pişai texnologiya nəhənginə on ilə yaxın rəhbərlik etdikdən sonra rəsmi olaraq milyarder statusuna çatıb.

Valyuta.az "Bloomberg Billionaires Index"ə əsasən, 53 yaşlı Pişainin sərvəti 1,1 milyard ABŞ dollarına yüksəlib.

Bu göstərici şirkətin təsisçilərindən olmayan CEO-lar arasında nadir hadisədir.

Pişainin sərvətindəki artım "Google"un ana şirkəti olan "Alphabet"in 2023-cü ilin əvvəlindən bəri bazar dəyərinə 1 trilyon dollardan çox əlavə etməsi və investorlar üçün 120 faiz gəlir təmin etməsi ilə izah olunur. Onun "Alphabet"dəki 0,02 faiz payı təxminən 440 milyon dollar dəyərindədir, qalan sərvəti isə əsasən nağd vəsaitlərdən ibarətdir.

"Alphabet"in son maliyyə hesabatında bildirilib ki, 2024-cü ilin ikinci rübündə şirkətin xalis gəliri 28,2 milyard dollara çatıb, ümumi gəliri isə 96,43 milyard dollar olub. Bu nəticələr analitik gözləntilərini üstələyib.

Mayya Hüseynova

Seçilən
22
valyuta.az

1Mənbələr