AZ

"Əliyev Trampın diqqətini cəlb edib" Ermənilər təşvişdə

Bakupost portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Azərbaycan prezidenti İlham Əliyev Donald Trampın diqqətini cəlb edib”.

Bakupost.az xəbər verir ki, bunu Ermənistanın Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan deyib.

Partiya sədri ABŞ prezidenti Donald Trampın şəxsi sosial şəbəkə hesabında İlham Əliyevdən sitat gətirməsinə diqqət çəkib:

“Mən indiyə qədər Trampın nə Paşinyanı, nə də hər hansı bir ermənini — nə siyasətçini, nə alimləri, nə mədəniyyət, nə də din xadimlərini sitat gətirdiyini eşitməmişəm. Amma Əliyevdən sitat gətirib”.

Onun fikrincə, bunu təsadüf kimi qiymətləndirmək olmaz. Bu, Bakının ardıcıl və strateji şəkildə qurduğu siyasətin nəticəsidir, erməni diplomatiyası isə pərakəndə və zəif görünür.

Aysel,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
www.bakupost.az

1Mənbələr