ain.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son zamanlar dəyişimi və tərzi ilə diqqət çəkən Çinarə Məlikzadə bu dəfə klassik xalq mahnısını özünəməxsus şəkildə təqdim edərək, musiqisevərləri heyrətləndirib.
AZXEBER.COM xəbər verir ki, "Qara Qaşın Vəsməsi” adlı xalq mahnısına yeni nəfəs gətirən ifaçı, Dahin Malikin aranjımanı ilə mahnını müasir ruhda təqdim edib.
Təkcə səsiylə deyil, vizual performansıyla da gündəmə damğa vuran Çinarə, mahnıya çəkilən klipdəki enerjisi və peşəkar rəqsləri ilə izləyiciləri təəccübləndirib.
Görüntülər qısa zamanda sosial şəbəkələrdə viral olub.
Aysel
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.