İranın xarici işlər naziri Abbas Əraqçi 12 günlük İran-İsaril münaqişəsi dövründə ona qarşı sui-qəsd hazırlandığını iddia edib.
Publika.az xəbər verir ki, İran dövlət televiziyasına danışan Əraqçi İsrailin İrana hücumlarından sonra baş verənlərlə bağlı sualları cavablandırıb.
"Evimin qarşısına bomba qoyuldu. Təhlükəsizlik qüvvələri onu ələ keçirdi", - deyə iranlı nazir bildirib.