AZ

Miralem Pyaniç: “O, və Konte İtaliyanın ən yaxşı, ən uğurlu məşqçiləridir”

ain.az, sport24.az saytına istinadən bildirir.

"Yuventus"un bosniyalı sabiq yarımmüdafiəçisi Miralem Pyaniç turinlilərin sabiq çalışdırıcısı Massimiliano Alleqrinin "Milan"a baş məşqçi təyin olunması ilə bağlı fikirlərini bölüşüb, həmçinin "qırmızı-qaralar"ın yeni mövsüm üçün A Seriyasında perspektivlərini dəyərləndirib. Sport24.az xəbər verir ki, o, bu barədə "Football Italia"ya açıqlama verib:

"Maksla tez-tez danışıram, biz "Yuventus"da gözəl illər keçirdik. O, bizim dostumuzdur və onu Milanda görməkdən xoşbəxtik. O və Konte İtaliyanın ən yaxşı, ən uğurlu məşqçiləridir. Çox az adam Alleqri kimi təzyiqin öhdəsindən gəlir. "Milan" ilk "dördlüy"də olmaq istəyir. Maks kimi mütəxəssis texniki zonada yer alıbsa, ondan gözləntilərin çox olmasını təbii qarşılaşmaq lazımdır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
sport24.az

1Mənbələr