AZ

Balyan: İran sərhədində Turan dəhlizi açılır

BAKI, 28 iyul. TELEQRAF

“İran Zəngəzur dəhlizinin açılmasından narahatdır”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Vardan Balyan deyib.

“İran və ətrafında vəziyyət ən pis ssenaridə inkişaf etməyə davam edir. Nüvə danışıqlarının gedişatı nikbin gözləntilərə əsas vermir, sanksiya rejiminin sərtləşdirilməsi və yeni sanksiyaların tətbiqi ehtimalı böyükdür. Sanksiya mexanizminin işə düşməsi halında 24 saat ərzində Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaq barədə qərarın qəbulunu nəzərdə tutan qanun layihəsi təcili olaraq İran parlamentinə təqdim edilib.

Ekspert icması, dövlət rəsmiləri və siyasətçilər ictimai informasiya platformalarında yeni müharibənin mümkünlüyünü ciddi şəkildə müzakirə edirlər. Son günlər ABŞ-nin Türkiyədəki səfirinin (Tomas Barak) bəyanatından sonra İran mediasında Zəngəzur dəhlizi mövzusu xüsusi diqqət mərkəzindədir. İran sərhədində Turan dəhlizinin (Zəngəzur) açılmasının qəbuledilməz olduğunu təsdiqləyir”, - ekspert bildirib.

Balyanın fikrincə, İranın narahatlığı əsaslıdır, çünki son dönəmlərdə baş verənlər dəhlizin açılmasına hazırlığın getməsindən xəbər verir.

Seçilən
19
teleqraf.com

1Mənbələr