Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın dövlət qurumlarına məxsus 6 nəqliyyat vasitəsinin özəlləşdirilməsi ilə bağlı hərrac keçirilib.
Dövlət Xidmətinin məlumatına görə, 3 nəqliyyat vasitəsinin hərracında iştirak etmək üçün 6 sifarişçi qeydiyyatdan keçib. Rəqabətli keçən hərrac prosesində 3 sifarişçi hərracın qalibi adını qazanıb. Hərraca çıxarılan nəqliyyat vasitələrindən 2-nin yekun qiyməti ilkin satış qiymətindən 36 faiz yüksək olub.
Digər 3 nəqliyyat vasitəsinə isə sifariş olmadığından həmin hərraclar baş tutmamış hesab edilib.