AZ

ABŞ və Avropa razılığa gəldilər | VİDEO

AzVision.az xəbər verir ki, Avropa Komissiyasının rəhbəriUrsula fon der Lyayen ABŞ prezidenti Donald Trampla Şotlandiyada keçirdiyi danışıqlardan sonra belə deyib.

“Razılaşmaya Avropa İttifaqının (Aİ) böyük həcmdə Amerikadan LNG və nüvə yanacağının alınması, eyni zamanda Rusiya qazı və neftindən tamamilə imtina daxildir”, - AK-nin mətbuat xidmətinin yaydığı mətbuat konfransında Ursula fon der Lyayen bildirib.

AK rəhbərinin fikrincə, Aİ ölkələri hələ Rusiyadan çox Rusiya qazı alırlar və Rusiyanın neft məhsulları hələ də Aİ-yə“arxa qapıdan”daxil olur. O, Aİ-nin“artıq Rusiya resurslarını istəmədiyini” və Amerika LNG-sinin“daha yaxşı olduğunu”iddia edib.

Jurnalistlərə Trampa 750 milyard dollar dəyərində Amerikadan LNG alacağına söz verdiyini təsdiqləyən AK sədri bunun“üç il ərzində, yəni özünün səlahiyyət müddətinin sonuna qədər” nəzərdə tutulduğunu, yəni ildə təxminən 250 milyard dollar təşkil edəcəyini vurğulayıb.

Ursula fon der Lyayen, həmçinin Aİ-nin ABŞ-yə “məlumat mərkəzlərinə böyük investisiyalar” vəd etdiyini təsdiqləsə də, razılaşmanın bir hissəsi kimi Amerikadan kütləvi silah alqı-satqısı ilə bağlı Trampın açıqlamasına toxunmayıb.

Yeri gəlmişkən, AK sədriABŞ prezidenti Donald Trampla söhbəti zamanı onun danışıqlar aparmaq bacarığını yüksək qiymətləndirib.

- Siz sərt danışıq aparan və sövdələşmələrin bağlanması ustası kimi tanınırsınız”, - Right Side Broadcasting Network portalının öz YouTube-kanalında yerləşdirdiyi video-materialda Ursula fon der Lyayen Donald Trampın ünvanına difiramb səsləndirir.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
40
azvision.az

1Mənbələr