AZ

Naxçıvanda aprelin 1-dən indiyədək 43 nəfəri ilan sancıb

 

Naxçıvan, 28 iyul, AZƏRTAC

Bu il aprel ayının 1-dən indiyədək Naxçıvan Muxtar Respublikasında 43 nəfər ilansancma ilə bağlı xəstəxanalara müraciət edib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyindən məlumat verilib.

Həmçinin bildirilib ki, həmin müddətdə xəstəxanalara əqrəb sancması ilə bağlı 137, qara əqrəb sancması ilə əlaqədar 7, günvurma ilə bağlı isə 6 müraciət daxil olub.

 

Seçilən
10
azertag.az

1Mənbələr