AZ

Övladlarını itirdikdən sonra ilk dəfə Bakıda görüntüləndilər Fotolar

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Dünya ulduzu Castin Timberleykin konsertinə görə Bakıya gələn türkiyəli məşhurlar arasında aktrisalar Ege Kökenli və Tuba Ünsal da yer alıb.

Axşam.az xəbər verir ki, onlar Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ilə birgə konsertdə əyləniblər. Nəsrinin anası Fəridə xanım da onlarla olub.

Qeyd edək ki, Ege 2022-ci ildə iş adamı Lior Ahituvla ailə qurub. Aktrisa bir müddət əvvəl 22-ci həftəsində qızını itirdiklərini bildirib. O, "Yasak elma", "Duy beni", "Güneşin kızları" kimi seriallarda rol alıb. Ege son olaraq "Güzel aşklar diyarı"nda çəkilib.

Tuba hazırda "Mehmed: Fetihler Sultanı" serialında çəkilir. Nəsrinin son layihəsi isə "Sandık kokusu" olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
6
axsam.az

7Mənbələr