AZ

Keçmiş məcburi köçkün: İnsanın doğulduğu, böyüdüyü torpağın yerini heç nə verə bilməz

Ağdam, 28 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

İnsanın doğulduğu, böyüdüyü torpağın yerini heç nə verə bilməz. Köçkünlükdə keçən illər ərzində ürəyim həmişə doğma Vətənlə döyünürdü. Çox sevinirəm ki, doğma torpağıma dönürəm.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri bu gün Xocalı rayonunun Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Nübar Süleymanova söyləyib.

“Bizə bu sevinci yaşadan Prezidentimizə, Ordumuza minnətdaram. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Allah bir daha xalqımıza pis günlər göstərməsin”, - deyə o bildirib.

Seçilən
28
1
azertag.az

2Mənbələr