Azərbaycan millisinin üzvü Cəlal Hüseynovun komandası “Arda” Bolqarıstan çempionatında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, sözügedən kollektiv 2-ci turun oyununda “Lokomotiv Sofiya"nı qəbul edib.
Matç 1:1 hesabı ilə başa çatıb.
Cəlal da bu görüşdə iştirak edib. O, meydana start heyətdə çıxıb və sonadək oynayıb.
Qeyd edək ki, ilk xalını qazanan "Arda" hazırda turnir cədvəlinin 13-cü pilləsində mövqe tutub.