Hindistanın şimalında yerləşən müqəddəs Haridvar şəhərindəki hindu Mansa Devi məbədində izdiham baş verib.
"Cebheinfo.az" xəbər verir ki, izdiham nəticəsində ən azı 6 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb.
Hadisənin səbəbi kimi yüksək gərginlikli elektrik xəttinin məbəd yoluna düşməsi və bunun nəticəsində zəvvarlar arasında panika yaranması göstərilir.
Olaydan sonra rəsmi şəkildə istintaq başladılıb. Dünyanın ən sıx məskunlaşmış ölkələrindən biri olan Hindistanda bu kimi izdihamlar tez-tez baş verir.