ABŞ prezident Trampa Qətər əmiri tərəfindən verilmiş təyyarənin təmirinə təxminən 1 milyard dollar xərcləyəcək.
AzPost bildirir ki, bu barədə “The New York Times” məlumat verib.
BU pul ölkənin nüvə qüvvələrinin təkmilləşdirilməsi üçün ayrılmış büdcədən götürüləcək.
Quruda yerləşən nüvə başlıqlarının buraxılış sistemlərinin təkmilləşdirilməsini nəzərdə tutan Sentinel nüvə proqramına ayrılan vəsaitdən 934 milyon dolları “uçan saray” adlanan Boeing 747-8 yenidən qurulmasına sərf olunacaq.
Təyyarənin özü təxminən 400 milyon dollara başa gəlib. Bu, Amerika prezidentinə ölkə tarixində ən bahalı hədiyyədir.