Bakı. Trend:
Kamboca və Tailand arasında qanlı sərhəd toqquşmalarının 5-cigünə qədəm qoyması fonunda dövlətlərin nümayəndə heyətlərininiştirakı ilə Malayziyada atəşkəslə bağlı danışıqlar startgötürüb.
Trend bu barədə“Al-Jazeera” telekanalına istinadən xəbər verir.
Məlumata görə, danışıqlarda nümayəndə heyətlərinə Tailandın başnaziri vəzifələrini icra edən Phumtham Veçayaçay və Kambocanın başnaziri Human Manet başçılıq edir.
Görüşün Putracaya şəhərində, ASEAN blokunun sədri, Malaziya başnaziri Ənvər İbrahimin rəsmi iqamətgahında keçirildiyibildirilir.
Qeyd edək ki, Tailand-Kamboca sərhədində baş verən toqquşmalardaümumilikdə azı 35 nəfər həlak olub, sərhədin hər iki tərəfindən270.000-dən çox insan məcburi köçkün düşüb.