AZ

Tramp Avropanıqınadı: "Təşəkkür də etmədilər!"

Ajans.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Qəzza ilə bağlı jurnalistlərin suallarını cavablandırıb. İsrailli əsirlərin vəziyyəti barədə də danışan Tramp bildirib: “İsrail bir qərar vermək məcburiyyətində qalacaq. Mən nə edəcəyimi bilirəm, amma bunu deməyin uyğun olmadığını düşünürəm.”

ABŞ Prezidenti Trampa “İsrail Qəzzaya ərzaq daxil olmasına icazə vermək üçün daha çox şey etməlidirmi?” sualı verilib. Tramp bu suala birbaşa cavab verməyərək bildirib ki, ABŞ iki həftə əvvəl Qəzzaya ərzaq yardımı üçün 60 milyon dollar ayırıb, lakin heç kim bundan bəhs etməyib və təşəkkür etməyib. Tramp bildirib: “Heç olmasa birinin sizə təşəkkür etməsini istərsiniz. Başqa heç bir ölkə heç nə vermədi. Biz Qəzzaya ərzaq üçün 60 milyon dollar verdik.” Avropa ölkələrinin heç birinin yardım etmədiyini iddia edən Tramp əlavə edib: “Heç kim də ‘çox sağ olun’ demədi. Heç olmasa bir təşəkkür almaq xoş olardı.”

Qəzzada aclıqdan ölən uşaqların görüntülərinə baxdıqda nə hiss etdiyi soruşulduqda isə Tramp belə cavab verib: “Bu dəhşətli bir şeydir. Uşaqları görəndə və xüsusilə son bir neçə həftə ərzində gördüyüm görüntülərdə insanlar yemək, pul, silah oğurlayır... Hər şeyi oğurlayırlar. Tam bir xaosdur. Hər yer bərbad vəziyyətdədir.”

Seçilən
41
Ajans.az

1Mənbələr