AZ

Rusiyada daha bir diaspor nümayəndəsi həbsdə öldü

Rusiyanın Ufa şəhərindəki istintaq təcridxanasında tacik diasporunun keçmiş rəhbəri Əbdürrəhman Rəhimov ölüb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

İddia olunur ki, Rəhimov isti duşdan sonra özünü pis hiss edib və onu xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, iyun ayında o, 2000-ci illərdə Ufanın Zatonski bazarında pul tələb etdiyinə görə 13 il müddətinə azadlıqdan məhrum edilib. Rəhimov günahını inkar etsə də, 2023-cü ilin yayından həbsdə idi.

Seçilən
31
2
axar.az

3Mənbələr