Əfsanəvi Françesko Tottinin 19 yaşlı oğlu Kristian futbolçu karyerasını bitirmək qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə “Goal.com” məlumat yayıb.
“Kiçik Totti butslarını mıxdan asdı, lakin o, futbol dünyasında qalacaq. O, “Roma”nın keçmiş kapitanının böyük qardaşı, əmisi Rikkardonun yaratdığı futbol məktəbində aparıcı vəzifə tutacaq”, – məlumatda deyilir.
Kristian Totti 2023-cü ilə qədər “Roma”nın akademiyasında məşq edib, daha sonra “Frosinone”, “Rayo Valyekano”, “Avezzano” və “Olbia”nın gənclik strukturlarında özünü sınayıb. O, sonuncu klubda 6 oyun keçirib və optimal fiziki formadan uzaq olduğuna görə tez-tez lağ obyektinə çevrilib.