Ağdam, 28 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
İllərlə qəlbimizdə daşıdığımız həsrət və nisgil artıq keçmişdə qaldı. Biz doğma yurdumuza – illərdir xəyallarımızda yaşatdığımız torpaqlara geri dönürük. İndi doğma torpaqlarda xoş günlərimiz yenidən başlayır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri bu gün Xocalı rayonunun Ballıca kəndinə köç edən keçmiş məcburi köçkün Rövşən Əhmədov söyləyib.
“Qarabağ təkcə bizim keçmişimiz deyil, həm də gələcəyimizdir. Mən həm də ona görə sevinirəm ki, uşaqlarımız ata-baba torpaqlarımızda böyüyəcək, yaşayacaqlar”, - deyə o bildirib.