AZ

Səhiyyə naziri və Çin səfiri əməkdaşlığın yeni mərhələsini müzakirə ediblər

Bakı. Trend:

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevlə ÇinXalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfirixanım Lu Mey arasında görüş keçirilib.

Nazir iki ölkə rəhbərlərinin səyləri nəticəsində Azərbaycan-Çinmünasibətlərinin dinamik inkişaf etdiyini vurğulayıb: “Dövlətbaşçılarının imzaladığı “Azərbaycan Respublikası ilə Çin XalqRespublikası arasında hərtərəfli strateji tərəfdaşlığın qurulmasıhaqqında Birgə Bəyanat” iki ölkə arasındakı münasibətləri dahayüksək səviyyəyə qaldırıb”.

Teymur Musayev ölkələrimiz arasında strateji tərəfdaşlığın birçox istiqamətləri əhatə etdiyini diqqətə çatdıraraq, səhiyyəsahəsində əməkdaşlığın da bu kontekstdə xüsusi önəm daşıdığını qeydedib.

Çin səfiri xanım Lu Mey iki ölkə arasında dostluqmünasibətlərinin dinamik inkişafından məmnunluğunu ifadə edərək,səhiyyə sahəsində birgə təşəbbüslərin bundan sonra da davametdiriləcəyinə əminliyini bildirib.

Görüş zamanı iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığınmövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.Xüsusilə tibb təhsili, elmi-tədqiqat fəaliyyətləri, əczaçılıq,innovativ texnologiyaların tətbiqi və digər maraq doğuranistiqamətlərdə birgə əməkdaşlıq imkanları müzakirə edilib.

Məqalədə:
Seçilən
32
10
az.trend.az

10Mənbələr