AZ

Üçüncü Dünya Müharibəsi təhlükəsi ARTIR - Baş nazir

Macarıstanın Baş naziri Viktor Orban dünya ictimaiyyətini Üçüncü Dünya Müharibəsinin qarşısını almağa çağırıb. O, bu təhlükənin gündən-günə artdığını bildirib.

News24.az Tass-a istinadən xəbər verir ki, M1 telekanalında yayımlanan çıxışında Orban deyib: “Bəlkə də bu gün ən mühüm sual budur – Üçüncü Dünya Müharibəsi olacaqmı? Cavab isə odur ki, bu müharibənin ehtimalı davamlı olaraq artır.”

Baş nazir bunun sübutu kimi altı əsas ölkədə keçirilmiş sorğuların nəticələrini göstərib. Bu nəticələrə görə, Fransa vətəndaşlarının 55%-i, İspaniyalıların 50%-i, İtalyanların 46%-i, amerikalıların 45%-i, britaniyalıların və almanların isə 41%-i 5-10 il ərzində Üçüncü Dünya Müharibəsinin baş verəcəyini düşünür.

Orban əlavə edib: “Bütün dünya müharibənin soyuq nəfəsini hiss edir.”

Xeyrənsə Piriyeva

Seçilən
42
news24.az

1Mənbələr