AZ

Rusiya ötən gecə Ukraynaya 331 raket və dronla hücum edib

Rusiya ötən gecə Ukraynaya hücumlarında 331 raket və drondan istifadə edib.

APA xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko "X" platformasında məlumat yayıb.

Onun sözlərinə görə, hücumlar nəticəsində 4 nəfər həlak olub, 40 nəfər yaralanıb.

Baş nazir qeyd edib ki, Rusiya və onun müttəfiqləri törətdikləri əməllərə görə hələ də lazımi səviyyədə cəza almayıblar.

Sviridenko Avropa ölkələrini daha qətiyyətli addımlar atmağa çağırıb.

Seçilən
45
3
apa.az

4Mənbələr