AZ

Rusiya FIE-dən tələb etdi: Tbilisidəki təxribata reaksiya ver

Rusiya Dövlət Dumasının Bədən Tərbiyəsi və İdman Komitəsinin sədr müavini Dmitri Svişşev Beynəlxalq Qılıncoynatma Federasiyasını (FIE) Tbilisidə keçirilən qılıncoynatma üzrə dünya çempionatında yaşanan qalmaqala reaksiya verməyə çağırıb.

Publika.az xəbər verir ki, onun sözlərini “RİA Novosti” sitat gətirib.

“Anti-Rusiya gürcü qüvvələrinin hədsiz təxribatı. Üstəlik, Ukraynanın, ola bilsin, başqa ölkələrin də izi var. Təbii ki, bu hərəkətin idmanla heç bir əlaqəsi yoxdur”, – deputat vurğulayıb.

O, Gürcüstan hüquq-mühafizə orqanlarının əməkdaşlarına etiraz tədbirini dayandırdıqlarına görə təşəkkür edərək, ev sahibi ölkənin nümayəndə heyətlərinin təhlükəsizliyini təmin etməli olduğunu və turnirin keçirilməsinə cavabdeh olduğunu xatırladıb.

Svişşev hesab edir ki, Rusiya vətəndaşları bitərəf statusda iştirak etmələrinə baxmayaraq, Tbilisidə ayrı-seçkiliyə məruz qalıblar.

Seçilən
14
publika.az

1Mənbələr