AZ

Zeytun yağının satışı DAYANDIRILDI: Xərçəng riski var

Fransaya ixrac edilən KAVAK markalı Türkiyə mənşəli zeytun prinası yağı, təhlükəli dərəcədə kanserogen maddə aşkarlandığı üçün təcili olaraq satışdan geri çağırılıb. Məhsulun tərkibində qanuni həddin 6 qatından çox polisiklik aromatik hidrokarbon (PAH) maddəsi müəyyən edilib.

News24.az xəbər verir ki, Fransa Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, bu yağ artıq ictimai sağlamlıq üçün təhlükəli kateqoriyasında qiymətləndirilir.

Təhlükəli miqdar:

Aşkar edilən PAH miqdarı: 13,7 mq/kq

İcazə verilən maksimum hədd: 2 mq/kq

KAVAK markasının “Həyat Qaynağı” və “Xüsusi Keyfiyyət” ifadələri olan 1 litrlik cam şüşə yağ məhsulu, Fransanın bir çox bölgəsində satılıb. Məhsulun türk dilində etiketlənmiş olması da qeyd edilib.

Fransadakı satışlar dayandırılıb və məhsul rəflərdən toplanır.

Xeyrənsə Piriyeva

Seçilən
67
1
news24.az

2Mənbələr