AZ

Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndələri yaxın zamanda İrana gələcək – Bəqai

Bakı. Trend:

Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndə heyətiəməkdaşlığın davam etdirilməsi variantlarının müzakirəsi məqsədiləyaxın iki həftə ərzində İrana səfər edə bilərlər.

Trend xəbər verirki, bunu İranın XİN nümayəndəsi İsmayıl Bəqai jurnalistlər üçünkeçirdiyi brifinqdə deyib.

“Yaxın 2 həftə ərzində BAEA məmurlarının İrana səfər edəcəyi vəbizimlə texniki aspektləri müzakirə edəcəkləri gözlənilir”, - deyəo həftəlik brifinq zamanı deyib.

Qeyd edək ki, bir neçə gün bundan öncə İran xarici işlərnazirinin müavini Kazım Qəribabadi Atom Enerjisi üzrə BeynəlxalqAgentliyin (AEBA) texniki heyətinin yaxın həftələrdə Tehrana səfəredəcəyini bildirmişdi.

Seçilən
78
2
az.trend.az

3Mənbələr