AZ

İran XİN: "BAEA ilə əməkdaşlığı canlandıracağıq"

Bu sözləri İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmayıl Bəqayi jurnalistlərə açıqlamasında dilə gətirib. O söyləyib ki, səfər çərçivəsində BAEA ilə Tehran arasında əməkdaşlığın texniki aspektləri yenidən nəzərdən keçiriləcək.

"İran parlamentinin qanun layihəsini nəzərə alaraq, BAEA ilə əlaqərimizi canlandırmağa hazırlaşırıq", – Bəqayi deyib.

Öz növbəsində, BAEA-nın Baş direktoru Rafael Qrossi ötən günlərdə diqqətə çatdırmışdı ki, agentlik öz müfəttişlərinin İranda yenidən işə başlamalarını istəyir. Onun sözlərinə görə, rəsmi Tehran da məsləhətləşmələrin bərpasına maraqlıdır.
İranda iki ABŞ vətəndaşı saxlanılıb

Xatırladaq ki, iyunun 13-dən 25-dək İran və İsrail arasında raket hücumlarına əsaslanan müharibə baş verib. ABŞ-nin də İsrail tərəfinə dəstək verdiyi müharibə ərzində İran ərazisindəki bir çox nüvə obyekti hədəfə alınaraq sıradan çıxarılıb.

Müharibə fonunda BAEA-nın və şəxsən Rafael Qrossinin fəaliyyətsizliyinə görə İranla agentliyin münasibətləri də gərginləşib. Prezident Məsud Pezeşkiyan iyulun 2-də agentliklə əməkdaşlığın dayandırılması üzrə fərman verib. Digər tərəfdən, xarici işlər naziri Abbas Əraqçi isə vurğulayıb ki, "bu qərara baxmayaraq, əlaqələrin bərpası həmişə mümkündür".

Rəsmi Tehran BAEA ilə əməkdaşlığın bərpası çərçivəsində nüvə obyektlərinin və nüvə alimlərinin təhlükəsizliyi şərtini irəli sürüb.

Firudin Həmidli
AzVision.az
Seçilən
40
1
azvision.az

2Mənbələr