Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini 1972-ci il təvəllüdlü Fidayıl Mirzəməmmədov yaşadığı evdə qardaşı oğlu, 1985-ci il təvəllüdlü Vüsal Mirzəməmmədovla mübahisə edib. Mübahisə nəticəsində F.Mirzəməmmədov V.Mirzəməmmədovu bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən F.Mirzəməmmədov saxlanılıb.
Faktla bağlı araşdırma başlanılıb.