Xocalı rayonunun Ballıca kəndinə qayıdan sakin böyük fərəh hissi keçirdiklərini bildirib.
Bu barədə "Report"un Xocalıya ezam olunan əməkdaşı ilə söhbətdə Ballıca kənd sakini Kəmalə Əliyeva danışıb.
O, doğma yurda qayıdacaqları haqda xəbəri inanılmaz sevinclə qarşıladıqlarını deyib:
“Uzun müddət Şəkidə məcburi köçkünlər üçün salınan qəsəbədə yaşadıqdan sonra yenidən doğma kəndimizə qayıtdığım üçün çox sevincliyəm. Bizə bu sevinci yaşadan şəhid qardaşlarımın ruhları qarşısında baş əyir, onlardan halallıq istəyirəm. Qazi qardaşlarıma can sağlığı diləyir, hər birindən halallıq istəyirəm. Çünki biz onların fədakarlığı sayəsində cənnət Qarabağa qayıdırıq”.