Bakı. Trend:
Bu ilin iyulun 1-nə Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM)vasitəsilə 74 milyon ədəd həcmdə 3,5 milyard manat emal olunmuşödəniş əməliyyatları aparılıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə həcmifadəsində 26,3 milyon ədəd və ya 55%, məbləğ baxımından isə 1,2milyard manat və ya 53,4% çoxdur.
Bundan başqa, 2025-ci ilin iyulun 1-nə Azərbaycanda BanklararasıKart Mərkəzi (BKM) vasitəsilə 27,8 min ədəd həcmdə 6,8 milyon ABŞdolları məbləğində emal olunmuş ödəniş əməliyyatları aparılıb. Buisə ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsində 6,4 minədəd və ya 29,9%, məbləğ baxımından isə 1,8 milyon ABŞ dolları vəya 36% artım deməkdir.
Eyni zamanda cari ilin iyulun 1-nə ölkədə BKM vasitəsilə 16,6min ədəd həcmdə 2,1 milyon avro məbləğində emal olunmuş ödənişəməliyyatları həyata keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədəbu göstərici həcm baxımından 16 min ədəd və ya təqribən 2 dəfəazalıb, məbləğ ifadəsində isə dəyişməz qalıb.