Market, mağaza, ticarət mərkəzlərinin müştəriyə yönəlik davranışlarını tənzimləyən hər hansı hüquqi, normativ akt yoxdur. Nəticədə, endirim
kampaniyaları, cüzi qəpiklərlə böyük fərqi gizlətmə cəhdləri, rəflərdə olan məhsulların qiymətlərinin kassada fərqli olması və sair mövzularda
vətəndaşlar problemlər yaşayır. Bəs, bu proses qanunla necə tənzimlənməlidir?
Referans xeber verir ki,Deputat Vüqar Bayramov məsələ ilə bağlı Ajans.az-a açıqlama verib.
O bildirib ki, Azərbaycanda istehlakçıların hüquqlarının qorunması ilə bağlı ayrıca qanun fəaliyyət göstərir. Bu qanun ilə istehlakçıların
hüquqlarının qorunması həyata keçirilir. Mütəmadi olaraq, qanunvericilikdə tənzimləyici tədbirlər görülür. Bu sahədə beynəlxalq praktika nəzərə
alınmaqla, mühüm addımlar atılır.
Vüqar Bayramov açıqlayıb ki, bu istiqamətdə, xüsusilə, süni qiymət artımının qarşısını almaq və süni reklamların qadağan edilməsi qanunla daha
ciddi şəkildə tənzimlənməlidir. Digər ölkələrdə bu tip reklamlara icazə verilmir. Hətta Rusiyada belə, bunu müşahidə edə bilərik.
Deputat qeyd edib ki, bütünlükdə istehlakçıların hüquqlarının qorunması, bu sahədə qanunvericiliyin gücləndirilməsi hər zaman prioritetdir. Buna
görə də, Azərbaycanda ayrıca qanun qəbul edilib və qüvvədədir. Lakin əlavə təkmilləşdirmə işlərinə də ehtiyac var.