Qazaxıstanda çağırışçıların hərbi xidmətinin yeni formatı tətbiq ediləcək.
Newscenter.az "Sputnik Qazaxıstan2-a istinadən bildirir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.
“SARBAZ+” pilot layihəsi hərbi hazırlığın keyfiyyətinin yüksəldilməsi və müasir texnologiyaların gündəlik hərbi həyata tətbiqi üçün nəzərdə tutulub. Bu ilin payızında Hava Hücumundan Müdafiə Qoşunlarının Almatı vilayətində yerləşən 78460 saylı hərbi hissəsində 150 çağırışçı yeni modeldə xidmətə başlayacaq.
Layihə çərçivəsində hər bir hərbi qulluqçuya fitnes qolbağı hədiyyə olunacaq. Onun vasitəsilə biometrik göstəricilərə real vaxt rejimində nəzarət ediləcək. Bütün məlumatlar tibb işçiləri və komandirlər üçün əlçatan olan mərkəzləşdirilmiş monitorinq sisteminə göndərilir. Bu, şəxsi heyətin sağlamlığına daim nəzarət etməyə imkan verəcək. Proses video analiz sistemi də tətbiq olunacaq.
Bundan əlavə, onlara pilotsuz uçuş aparatlarından və radiorabitədən istifadənin əsasları üzrə təlimlər təşkil olunacaq. Qazax və ingilis dillərində də əlavə dərslər keçiriləcək.
Cavid İmaməliyev