“Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyanın formalaşdıracağı yeni siyasi komanda gənc mütəxəssislərdən ibarət olacaq və ən yaxşı milli keyfiyyətlərə arxalanacaq.
Publika.az xəbər verir ki, bu barədə Karapetyanın həbsxanadan yazdığı yeni məktubunda deyilir.
Bundan əvvəl “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin Direktorlar Şurasının rəhbəri Samvel Karapetyanın bacısı oğlu Narek Karapetyan bəyan etmişdi ki, yeni siyasi qüvvəyə sahibkarın özü rəhbərlik edəcək.
Karapetyan Ermənistan tarixində yeni səhifə açacağına söz verib. O, həmçinin qeyd edib ki, indiki hakimiyyət çox şey edə bilməyib. Xüsusən də erməni xalqının iradəsini boğa, ÜAK-ın missiyasına inamı qıra bilməyib.