AZ

ABŞ Avropadakı qoşunlarını azaldır

ABŞ Avropadakı qoşunlarının sayını 30% azalda bilər.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ güc strukturuna qlobal baxış keçirir — Pentaqonun rəhbərliyi altında ölkənin dünyada hərbi mövcudluğunun genişmiqyaslı yenidən qiymətləndirilməsi aparılır:

“Məqsəd dəyişən qlobal prioritetlərə, xüsusən Hind-Sakit okeanda artan gərginliyə və ABŞ-ın xaricdəki xərclərini azaltmağa cavab vermək üçün Amerika qüvvələrini yenidən uyğunlaşdırmaqdır. Yekun hesabatın sentyabr ayına qədər açıqlanması gözlənilir”.

Seçilən
31
2
axar.az

4Mənbələr