O qeyd edib ki, İran MAQATE ilə əməkdaşlığın davam etdirilməsi üçün yeni mexanizm üzərində işləyir. Bu, İran parlamentinin qəbul etdiyi və hüquqi qüvvəyə malik qanun layihəsi çərçivəsində həyata keçiriləcək.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian iyulun 2-də MAQATE ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanunun icrasına dair sərəncam imzalayıb. Buna baxmayaraq, Tehran əməkdaşlıq qapılarının tam bağlanmadığını və əməkdaşlığın yalnız obyektlərin və nüvə alimlərinin təhlükəsizliyinin təmin edilməsi şərtilə mümkün olduğunu bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31