Bakı. Trend:
Rusiyanın “Aeroflot” hava yolları şirkəti informasiya sistemindəbaş verən xətaya görə Moskvadan 42 hava reysini təxirə salıb.
Trend xəbər verirki, bu barədə aviaşirkət “Telegram” kalanında məlumat yayıb.
Məlumata görə, təxirə salınmış reyslər Şermetyevo aeroportundanİrəvan, Həştərxan, Qroznı, Kalininqrad, Minvod, Minsk, Murmansk,Omsk, Orenburq, Orsk, Perm, Samara, Soçi, Sankt-Peterburq, Tümen,Ufa, və Çelyabinskə nəzərdə tutulmuşdu.
Aviaşirkət reyslər barədə aktual məlumatları aeroportun rəsmisaytından dəqiqləşdirməyə çağırıb.
Şirkətin bəyanatına görə, təxirə salınmış reyslərin sərnişinləriödənilmiş məbləğin geri qaytarılmasını tələb edə və ya yaxın 10 günərzində digər reyslərə bilet əldə edə bilərlər.