BAKI, 28 iyul. TELEQRAF
Qəzza zolağına 300-dən çox humanitar yardım yük maşını daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə Qəzzada yardım paylanmasına nəzarət edən İsrail hərbi qurumu (COGAT) bildirib.
Məlumata görə, onlardan 120-dən çoxu artıq BMT və beynəlxalq təşkilatlar tərəfindən yerli sakinlərə paylanıb.
Qeyd edilib ki, daha azı 180 yük maşını isə boşaldılmaq üçün gözləyir.